Çinli bu qız 6-cı sinifdə oxuyur - 208 santimetr boyu var

21 Noyabr 2018 15:21 (UTC+04:00)

Çində dünyanın ən hündür qızı aşkar edilib. 11 yaşlı Çjan Çzıyuyun 208 santimetr boyu var.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Daily Mail nəşri yayıb.

Mənbə bildirir ki, Çjan ölkənin şərqində yerləşən Şandun vilayətinin Çzinan şəhərində yaşayır. 6-cı sinifdə oxuyan qız basketbolçu olmaq arzusundadır. Onda bu idman növünə həvəsi ölkə yığmasında oynayan, hazırda isə yerli komandaya məşqçilik edən anası yaradıb.

Vaxtının çox hissəsini məşqlərdə keçirən qız yaxşı oxuyur, musiqi ilə məşğul olur və rəqs edir.

Çjanın valideynlərinin boyu 180 santimetrdir. Bu isə çinlilər üçün qeyri-adi bir haldır. Çjan 6 yaşına çatanda onun boyu 160 santimetr olub.

6 sinifdə oxuyan çinlilərin orta boyu təxminən 137 santimetr təşkil edir.

Hazırda Ginnesin Rekordlar kitabında ən uzun qız 188 santimetr ilə 12 yaşlı britaniyalı Sofi Xollinsdir.

Çinli qızın valideynlərinin isə bu quruma müraciət edib-etməyəcəkləri barədə bir məlumat yoxdur.

Babək Göyüş

© AzNews.az