Fransada oxumaq istəyənlərə bəd xəbər - Təhsil haqqı artırıldı

21 Noyabr 2018 16:12 (UTC+04:00)

Ölkədəki minlərlə xarici tələbə bakalavr səviyyəsində indiyə qədər ödədiyi 170 avro təhsil haqqı əvəzinə 2770 avro, magistr və doktorluq səviyyəsində isə 243 avro əvəzinə 3770 avro ödəməli olacaq.

İndiyədək təhsil haqqı digər ölkələrdən aşağı olduğu üçün Fransa ildə 300 min xarici tələbə qəbul edib və bu göstərici ilə dünyada dördüncü yerdə qərarlaşıb.(AZƏRTAC)

© AzNews.az