Bunlar Azərbaycanda bir xəstənin qarnından çıxdı - FOTO

21 Noyabr 2018 16:24 (UTC+04:00)

Azərbaycanda bir xəstənin qarnından 38 mioma çıxarılıb.

AzNews.az xəbər verir ki, bu barədə həkim Natiq Məhərrəmov sosial şəbəkədə məlumat verib.

O, qeyd edib ki, xəstəyə müraciət etdiyi klinikalarda uşaqlığının tam götürülməsi məsləhət görülüb:

“Biz isə konservativ miomektomi diaqnozunu qoyduq. Əməliyyat etdik, 38 mioma çıxardıq” – deyə Natiq Məhərrəmov bildirib.

(mioma - uşaqlığın mioması – uşaqlığın divarından, yetişməmiş miositlərindən inkişaf edən xoşxassəli şişdir)



Bahar RÜSTƏMLİ
AzNews.az