Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib

21 Noyabr 2018 18:07 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm".

AzNews.az