Bakının bu hissəsi susuz qaldı - XƏBƏRDARLIQ

21 Noyabr 2018 19:34 (UTC+04:00)

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq “Azərsu” ASC xəbərdarlıq yayıb.

Qurumdan verilən məlumata görə, 600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə bağlı Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, “Radiozavod”un ətrafında olan ərazilər, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində fasilə yaranıb.

AzNews.az