Pakistanda partlayış - 7 nəfər öldü

21 Noyabr 2018 19:45 (UTC+04:00)

Pakistanda məscid yaxınlığında partlayış baş verib.

Bəlucistan əyalətinin Çaman şəhərində baş vermiş terror nəticəsində azı 7 nəfər ölüb. Partlayış ibadət zamanı törədilib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri cəlb olunub. Yaralılar haqda hələlik məlumat yoxdur.

AzNews.az