Bakıda 38 yaşlı kişi itkin düşdü

21 Noyabr 2018 21:20 (UTC+04:00)

Bakıda daha bir nəfər itkin düşüb.

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 15, mənzil 45-də baş verib.

Həmin ünvanda yaşayan Axundov Cəlal Urxan oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan qardaşı Axundov Ramiz Urxan oğlu noyabrın 17-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az