Türkiyədə 74 hərbçi ömürlük həbsə məhkum edildi

21 Noyabr 2018 23:17 (UTC+04:00)

Türkiyədə məhkəmə qərarı ilə 74 hərbçi ömürlük həbsə məhkum edilib.

Həmin şəxslər 2016-cı ildə dövlət çevrilişi cəhdində ittiham edilir.

Konkret olaraq onlara ölkənin konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi cəhdi və məqsədli qətllərin törədilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

AzNews.az