Gömrükdə spirtli içkilər və mobil telefonlar saxlanılıb - Foto

22 Noyabr 2018 10:47 (UTC+04:00)

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 20 ədəd 0,5 litrlik "Talka", 1 ədəd 0,7 litrlik "Хоrtitsa", 2 ədəd 0,7 litrlik "Beluga Translatlantic" markalı araqlar, 1 ədəd 0,7 litrlik "Chivas Regal" və 1 ədəd 0,75 litrlik "Glenfiddich" markalı viskilər, həmçinin vətəndaşıngöy rəngli idman çantasından isə1 ədəd "İphone X Space Gray", 2 ədəd "Alcatel 1066d", 1 ədəd "Jinga F200N", 1 ədəd "Micromax X2401" və 1 ədəd "Vertex" markalı mobil telefonlar aşkar edilib.

Nigar CƏFƏR
AzNews.az