Türkiyənin iqtidar partiyasında böyük şəhərlərdə namizəd göstəriləcək şəxslərin kimliyi bəlli olub.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AKP bu dəfə böyük şəhərlərdə köhnə nazirlərdən namizəd heyyəti hazırlayıb.
“Hürriyet”- in xəbərinə görə, İstanbul üçün Binəli Yıldırım, Ankara üçün Mehmet Özhaseki, İzmir üçün Nihat Zeybəkçi, Düzce üçün Faruk Özlü, Bursaya Mehmet Müəzzinoğlu adları önə çıxıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan dünən gecə AKP-nin qərargahında olub. Şənbə günü 40 şəhərlə bağlı açıqlanmalı olan son işlər prezidentə təqdim edilib.
Nigar CƏFƏR
AzNews.az