Məhkəmə Saakaşvili ilə bağlı qərar verdi

22 Noyabr 2018 15:20 (UTC+04:00)

Tbilisi Apellyasiya Məhkəməsi birinci instansiyanın 2005-ci ildə sabiq deputat Valeri Gelaşvilinin döyülməsi ilə əlaqədar iş üzrə qiyabi olaraq 6 il müddətinə həbs cəzasına məhkum edilmiş ölkənin keçmiş Prezidenti Mixeil Saakaşvili ilə bağlı qərarını qüvvədə saxlayıb.

Bu barədə iş üzrə prokuror Arçil Tkeşelaşvili bildirib.

Qeyd edək ki, keçmiş prezident M.Saakaşvili cari ilin iyun ayında Tbilisi şəhər məhkəməsi tərəfindən qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.(report.az)

© AzNews.az