YARAT-da memarlıq mühazirəsi keçiriləcək

22 Noyabr 2018 16:35 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə mühazirə “DRA&U” şirkətinin baş memarı və təsisçisi Corcio Pini və həmin şirkətin baş direktoru Conatan Arbibin iştirakı ilə gerçəkləşəcək.

Mühazirədə şəhərsalma və müasir cəmiyyət arasında yaranan kommunikasiya problemlərindən, memarlıq sənətinin əhəmiyyətindən danışılacaq. “DRA&U” şirkətinin fəlsəfəsi – həyatda güc və rahatlıq təmin edən, təşkilatın konsepsiyasına uyğun gözəlliyin təşviqidir. Hazırda şirkət Avropa, Şimali Afrika, Asiya və Cənubi Amerikanı əhatə edən bir çox ölkədə fəaliyyət göstərir.

Tədbir ingilis dilindən Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.

AzNews.az