Daha iki ölkə İnterpola üzv oldu

22 Noyabr 2018 17:08 (UTC+04:00)

İnterpolun Dubayda keçirilən 87-ci Baş Assambleyasının nümayəndələri Kiribati və Vanuatu respublikalarının bu təştilatın sıralarına qəbul edilməsi lehinə səs veriblər.

Beləliklə, İnterpola üzv olan ölkələrin sayı 194-ə çatıb.

Bununla belə, Kosovonun təşkilata daxil edilməsi ilə bağlı ərizəsi qəbul edilməyib. Səsvermədə 51 ölkə Kosovonun üzv qəbul edilməsinin əleyhinə, 68-i lehinə, 16-sı isə bitərəf olub.

İnterpola üzv olmaq üçün isə səslərin 2/3-ni qazanmaq lazımdır.(trend.az)

© AzNews.az