CinemaPlus-da “Fəlakət”in qala gecəsi keçirildi

22 Noyabr 2018 17:47 (UTC+04:00)

AzNews.az-ın verdiyi məlumata görə “Fəlakət” filmi, bu günədək sevilən eyni adlı obrazın həyatından bəhs edir.

Filmdə Elşən Orucov, Azər Aydəmir, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, İqrar Salamov, Orxan Ata, Ləman Mərih, Taleh Yüzbəyov, Nəsibə Eldarova, Solmaz Süleymanlı, Zaur Baliyev, Nahid Kərimli, Tural Əzizov, Ceyhun Məmmədov, Vüsalə Həsənli, Svetlana Əliyeva, Səbuhi Bayramov, Emil Mammadov, Həsən Ağa, Azər Səlimli və digərləri rol alıblar.

Filmin baş prodüseri Cəfər Axundzadə, prodüser Məmməd Məmmədov, rejissor Emil Quliyev, operator Orxan Abbasoff, ssenari müəllifləri Emil Quliyev və Vüsal Əhmədzadə, quruluşçu rəssam Arif Niftiyev, ikinci rejissor Çingiz Həsənov, geyim üzrə rəssam Olqa Şabanova, qrim üzrə rəssam Polina Tkaçenko, art direktor Pərviz Babayev, səs rejissoru Ramzes, səs operatoru Sergey Netrunenko və icraçı prodüser Azər Aydəmirdir.

Film noyabrın 22-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.