Xaçmazda piyadanı maşın vurdu

22 Noyabr 2018 21:55 (UTC+04:00)

Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin "Karusel" adlanan ərazisində 1964-cü il təvəllüdlü yerli sakin Mirzəyeva Məlahət Şəfi qızını avtomobil vurub.

Zərərçəkmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır. (report)

AzNews.az