“Mən də namizədəm!” - Mustafa Sarıgül

23 Noyabr 2018 09:29 (UTC+04:00)

“CNN TÜRK” kanalında yayımlanan “Gecə görüşü” proqramında bələdiyyə seçkiləri ilə bağlı vacib məlumatlar paylaşılıb.

​AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mustafa Sarıgül ilə görüşən jurnalist Gürkan Hacır, görüşlə bağlı diqqət çəkən məqamlardan danışıb.

CHP rəhbərliyinin Mustafa Sarıgülü Eyyub Sultan bölgəsi üçün nəzərdə tutduğunu bildirən Gürkan Hacır, Sarıgülün “B planım var” dediyini qeyd edib. Hacır, verilişdə Sarıgüldən gələn bir mesajı da oxuyub.

Sarıgül, mesajında “Əziz qardaşım, mən Şişli namizədiyəm. Başqa yerə getməyim müzakirə mövzusu deyil. İstanbuldan kənardakı digər namizədləri dəstəkləyəcəm. Mustafa Sarıgül özünə başqa bölgə axtarmır. Qərargahla da aramızda problem yoxdur”, - deyib.

Pərvanə AĞAZADƏ
AzNews.az