Pakistanda Fida Hüseyn adlı nazir İslamabad-Gilgit reysinin ləğv olunmasına paytaxt hava limanında geyimlərini yandıraraq etiraz edib.
Təhlükəsizlik əməkdaşlarının ona yaxınlaşdığını görən nazir qollarını uzadaraq qandallanmasını istəyib.
Fida Hüseynin dekabrın 3-də hakim qarşısına çıxarılacağı bildirilir.
Qeyd edək ki, Pakistan Beynəlxalq Hava Yolları saat 7:00-dakı İslamabad-Gilgit reysini qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salaraq ləğv etmişdi.(teleqraf.com)
© AzNews.az