Novruz Məmmədov yeni qərar imzaladı

23 Noyabr 2018 09:51 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və strukturlarının təsdiq edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin nizamnamələri strukturları təsdiq edilib.

Həmçinin Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin xüsusi təyinatlı “CASPIAN STAR” gəmisinin və “VEGA” sürətli katerinin heyət üzvlərinin aylıq vəzifə maaşları təsdiq edilir.

© AzNews.az