Pakistanda növbəti terror - 37 nəfər öldü

23 Noyabr 2018 11:56 (UTC+04:00)

Terror aktlarından biri ölkənin Peşavar şəhərindəki bazarda törədilib.

Nəticədə 12 nəfər ölüb, 50 nəfər yaralanıb.

Digər partlayış isə Pakistanın şimal-qərbində yerləşən Xanqu şəhərində baş verib. Nəticədə 25 nəfər ölüb, 35-dən çox insan yaralanıb.

Terror aktlarının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az