Belarusda ən gözəl evli qadının adı açıqlandı - 31 yaşı var

23 Noyabr 2018 13:12 (UTC+04:00)

Belarusda evli qadınlar arasında gözəllik yarışması keçirilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Minskdə təşkil olunan müsabiqənin finalında bir qızı olan 31 yaşlı aktyor və jurnalist Yekaterina Sakoviç Belarusun ən gözəl evli qadını seçilib.

Gözəllik tacını təhvil alan Sakoviç, həmçinin 2019-cu ildə Çində keçiriləcək "Dünyanın ən gözəl evli qadını" müsabiqəsində ölkəsini təmsil etmək hüququnu qazanıb.

Babək Göyüş

© AzNews.az