Avropa üçün əsas daxili təhdid açıqlandı

23 Noyabr 2018 14:42 (UTC+04:00)

AB üçün əsas daxili təhdid liberal dəyərlərin vaxtının keçdiyini düşünən avropalı siyasətçilərdir.

Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının vitse-prezidenti Yurki Kataynen deyib.

“Hazırda qanunun aliliyi və liberal demokratiya təhdid altındadır. Bu, Avropa üçün ən böyük təhdiddir. Fundamental dəyərlər və liberal demokratiya SSRİ-nin süqutundan sonra hələ heç belə təhdidə məruz qalmayıb. Avropa Parlamentinə gələn ilin mayında keçiriləcək seçkidən öncəki kampaniya zamanı bu, əsas müzakirə məsələsi olacaq”, – deyə o bildirib.(axar.az)

© AzNews.az