“Türkiyə yaşlılara qayğıda dünyada birincidir” - Ərdoğan

23 Noyabr 2018 17:09 (UTC+04:00)

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə həmçinin cəmiyyətdə qadın hüquqlarına da böyük diqqət ayırır.

Dövlət başçısı bildirib ki, qadınların hüquqlarının məhdudlaşdırıldığı və onların “ikinci dərəcəli insan” hesab olunduğu cəmiyyətlərdə inkişafdan söhbət gedə bilməz.

Onun sözlərinə görə, Türkiyə qadınları ölkənin siyasi həyatında da fəal rol oynayır.

Türkiyə prezidenti vurğulayıb ki, qadın cəmiyyət gələcəyin qurulması məsələsində aparıcı qüvvə olmalıdır.(trend.az)

© AzNews.az