Xəzərdə 2 nəfər köməksiz qaldı

23 Noyabr 2018 17:53 (UTC+04:00)

Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 20 km dənizin içinə doğru) 2 nəfərin taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılıb.

Müvafiq xilasetmə qüvvələri və Sahil Mühafizəsinin növbətçi gəmisi əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

© AzNews.az