Məşhur musiqiçi təcavüzə görə 4 ay həbs cəzası aldı

23 Noyabr 2018 20:37 (UTC+04:00)

Truba ustası İbrahim Məəluf 14 yaşlı şagirdə cinsi təcavüz iddiasıyla 4 ay həbs cəzasına məhkum edilib və 20 min avro cərimələnib.

Fransanın Creteil məhkəməsi 37 yaşlı musiqiçini təcavüzdə günahkar bilərək qərarını açıqlayıb. Məəluf isə ona qarşı irəli sürülən iddiaları qəbul etməyib.

Qeyd edək ki, İbrahim Məəluf truba ustası Nassim Məəlufla pianoçu Nadanın oğlu, yazıçı Əmin Məəlufun isə qardaşı oğludur. 15 yaşından karyerasına başlayan İbrahimin bir sıra mükafatı var. (qafqazinfo)

AzNews.az