Ölən qohumlarına görə təqaüd alan 46 nəfər tutuldu

23 Noyabr 2018 23:13 (UTC+04:00)

İspaniya polisi 6 milyon avroluq dələduzluq faktını aşkarlayıb və 46 nəfəri həbs edib.

Saxlanılanlar saxta sənədlərlə ölən qohumlarının təqaüdlərini alıb. Onlar təqaüd almaq üçün yaxınlarının ölüm faktını gizlədərək onları yaşayırmış kimi göstəriblər.

Tutulanlardan biri 20 ildir, ölən qohumunun adından istifadə edərək təqaüd alıb.

AzNews.az