“Beşiktaş”da ciddi itki

23 Noyabr 2018 23:48 (UTC+04:00)

“Beşiktaş”ın futbolçusu Pepe iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

UEFA Millət Liqasında Polşa ilə matçda zədələnən 35 yaşlı müdafiəçinin sağ ayaq əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən o, “Ankaragücü” (24 noyabr), “Sarpsborq” (29 noyabr) və “Qalatasaray”la (2 dekabr) görüşləri buraxacaq. (qafqazinfo)

AzNews.az