Bugünkü gecə çox gözəl keçdi, belə səmimi qəbul olunacağımı gözləmirdim. Minnətdar tamaşaçıları görmək olduqca xoş idi. Bakılıların qonaqpərvərliyi məni valeh etdi. Xoşbəxtəm ki, nəhayət Bakıda çıxış etdim.
Bu sözləri Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edən məşhur rusiyalı aktyor və rejissor Veniamin Smexov jurnalistlərə müsahibəsində söyləyib.
Qonaq daha sonra deyib: “Paytaxtınızın gözəlliyini xüsusi qeyd etmək istəyirəm. Şərqlə Qərbin vəhdəti, gözəl arxitektura, əzəmətli binalar. Müasir İncəsənət Muzeyi və Bakı Kitab Mərkəzi daha çox xoşuma gəldi. Mütləq yenə gələcəyəm”.
AzNews.az