Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada öldü - YENİLƏNİB

24 Noyabr 2018 10:25 (UTC+04:00)

Goranboy rayonunda avtomobilin vurduğu piyada yerləşdirildiyi xəstəxanada ölüb.

Həkimlərin səylərinə baxmayaraq, Ə.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

00:10

Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Veysli kəndində qeydə alınıb.

Belə ki, avtomobil 1957-ci il təvəllüdlü Əjdər İsmayıl oğlu Quliyevi vurub. Ağır xəsarət alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)