Moskvada biznes mərkəzi yola çökdü - VİDEO

24 Noyabr 2018 11:07 (UTC+04:00)

Moskvanın şimalında çoxmərtəbəli biznes mərkəzinin planlı söküntüsü zamanı gözlənilməz insident yaşanıb.

Yaxınlıqda insanlar olsaydı, söküntü işləri böyük fəlakətə səbəb olacaqdı.

Binanın söküntüsü barədə əvvəlcədən sakinlərə xəbərdarlıq edilmişdi və hər şey plan üzrə gedirdi.

Lakin söküntü işləri zamanı bina qeyri- adi şəkildə çöküb, bu da, insanlar arasında panikaya səbəb olub. 12 mərtəbəli biznes mərkəzi avtomobil yolunun üzərinə çöküb. Hadisə zamanı yolda avtomobillər hərəkət edirdi.

Bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb.

Həmin anların görüntüsünü təqdim edirik. (Oxu.az)