Təhlükəli çaylarda sahilbərkitmə işlərinə başlanılıb

24 Noyabr 2018 17:08 (UTC+04:00)

çayının sağsahilində Laza kəndi istiqamətində avtomobil yolunun və yaşayış məntəqələrinin mühafizəsi üçün 436.4 m uzunluğunda dəmir-beton üzlüklü mühafizə divarının, Samur-Abşeron kanalının Qudyalçayla kəsişməsind ə dükerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların, Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron kanalının kəsişməsində dükerin mühafizəsi məqsədi ilə tikinti işləri başa çatdırıb.

Cəmiyyətin mətbuat katibi Dilqəm Şərifov Trend-ə bildirib ki, eyni zamanda respublikanın 15 rayonunda-Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına başlanıb.

AzNews.az