Dekabrın 2-də Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirəcək.
Oxu.Az-ın xəbərinə görə, görüş “Axmat” Fight Show gecəsində baş tutacaq.
“Minsk-Arena”da keçiriləcək beynəlxalq döyüş turnirində gecənin əsas görüşü “Mauqli” ləqəbli Zabit Səmədovla rusiyalı Yevgeni Orlov arasında olacaq.