Bir ildə 7.9 min kv/km-lik meşə sahəsi məhv edilib - SOS

24 Noyabr 2018 23:12 (UTC+04:00)

Son bir ildə "Dünya ağciyərləri" adlanan Amazon meşələrinin London ərazisinin 5 qatı böyüklüyündə olan hissəsində ağaclar kəsilib.

Axar. az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Məlumata görə, Braziliyanının peykdən çəkdiyi görüntülərdə 2017-ci ilin avqustundan 2018-ci ilin iyul ayına qədər Amazon meşələrinin 7 min 900 kvadrat kilometrlik sahəsi məhv edilib.

Braziliya rəsmiləri bu göstəricinin son 10 ildə ən yüksək rəqəm olduğunu bildirib.

AzNews.az