Fillər üçün qocalar evi açıldı

25 Noyabr 2018 10:23 (UTC+04:00)

Hindistanda fillər üçün qocalar evi fəaliyyətə başlayıb.

Bu müəssisə eyni zamanda həm xəstəxana, həm də sanatoriyadır. Mathur şəhərində bunun üçün 1,1 min kvadrat metr sahə ayrılıb.

Xəstə fillər naqilsiz avadanlıqla müalicə olunacaq, mütəxəssislər rentgen müayinəsi zamanı heç bir problemlə üzləşməyəcəklər.

Artıq fillərin qocalar evi turistlərin sevimli məkanına çevrilib.

Qeyd edək ki, Hindistanda fil dini rəmz hesab edilir.(oxu.az)

AzNews.az