İraqda sel 25 can aldı

25 Noyabr 2018 10:48 (UTC+04:00)

İraqda iki gündür yağan aramsız yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 25-ə çatıb.

İraq Səhiyyə Nazirliyinin nümayəndəsi təkcə Vasıt vilayətində selin altı nəfərin həyatına son qoyduğunu açıqlayıb.

Aramsız yağışların bu gün də davam edəcəyi gözlənilir.

Səhiyyə Nazirliyinin ötən gün yaydığı açıqlamada Səlahəddin vilayətində 5, Zi Karda 2, Bəsrə, Meysan və Vasıt vilayətlərinin hər birində bir nəfərin həlak olduğu bildirilmişdi.

İraqın Baş naziri Adil Abdulmehdi isə açıqlamalarının birində fəlakət bölgəsinə yardımların çatdırılması, dəymiş zərərin qiymətləndirilməsi və xalqın təhlükəsizliyinin təmin olunması üçün qərargahın yaradıldığını vurğulamışdı.(AZƏRTAC)

AzNews.az