Amerikalı aktyor vəfat etdi

25 Noyabr 2018 13:06 (UTC+04:00)

Amerikalı aktyor və illüzionist Riki Cey vəfat edib.

“Sabah heç vaxt ölməyəcək”, “Buqi stilində gecə” fimlmlərində oynayan aktyor və illüzionist Riki Cey 72 yaşında vəfat edib.

Aktyorun Los-Ancelesdə öldüyü bildirilir.

O həmçinin “İllüzionist” (2006), “Prestij” (2006) və “Ouşenin 13 dostu” (2007) filmlərində məsləhətçi vəzifəsində çalışıb.(trend.az)

AzNews.az