Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) jurnalist Camal Qaşıqçının vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmri ilə öldürüldüyü barədə hesabatın etibarlı olmadığını bəyan edib.
Səudiyyənin sabiq kəşfiyyat şefi Turki əl-Faysalın fikrincə, CIA-nın qiymətləndirmələri etibarlılıq və dəqiqlik baxımından heç də ən yüksək standartlara malik deyil.
Onun sözlərinə görə, bununla bağlı çoxlu sayda nümunələr var:
“Bu təşkilat İraqda kimyəvi silah olması barədə hesabat yayaraq 2003-cü ildə bu ölkədə müharibəyə səbəb oldu. ABŞ-da CIA-nın niyə mühakimə olunmadığı maraqlıdır. İstanbuldakı konsulluqda kimin nə etdiyi, kimin təqsirli olub-olmadığı ilə bağlı hesabatlarına münasibətim budur”.(teleqraf.com)
AzNews.az