Prezidentin “Vikipediya“ səhifəsi niyə bağlandı?
10 Aprel 2013 12:27 (UTC+04:00)
Bu barədə Trend çərşənbə günü "Fars" agentliyinə istinadən məlumat verir.
"İlk dəfə səhifə 16 ay əvvəl təcrid edilmişdi. Buna səbəb orada yalan informasiyanın yer alması olmuşdu. Biz bu səhifədə əks olunan məlumatı öyrəndik və ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq həmin səhifəyə çıxış bağlandı", - müşavir qeyd edib.
Hürrəmabadi qeyd edib ki, Əhmədinejadın səhifəsindəki məlumat bir sıra ittihamlardan ibarət olub və onlardan gələcəkdə İranın düşmənləri tərəfindən istifadə oluna bilərdi.
O, bəzi mətbuat orqanlarının bu məlumatı prezident seçkilərinin yaxınlaşdığı dövrdə yaymasından təəssüfləndiyini deyib.
Müşavir belə məlumatların dərc edilməsinin zərərləri barədə saytlara xəbərdarlıq edib və onları gələcəkdə daha ehtiyatlı olmağa çağırıb.
AzNews.az