Tramp neftin qiymətinin düşməsinə görə özünü təriflədi

25 Noyabr 2018 23:23 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp neftin qiymətinin düşməsinə görə özünü tərifləyib.

Müvafiq mətni ABŞ prezidenti öz "Twitter" səhifəsində yerləşdirib.

Yazıda deyilir: "Yaxşı ki, neftin qiyməti düşür (sağ olun, prezident T.). Bunu da vergilərin azaldılması kimi digər iqtisadiyyat xəbərlərinə əlavə edin. İnflyasiyanın azalması (siz dinləyirsiniz, FES!)".

Qeyd edək ki, noyabrın 23-ü Brent markalı neftin qiyməti 59 dollardan aşağı düşüb.

AzNews.az