Bu qurumun qaynar xətti işləməyəcək

26 Noyabr 2018 09:48 (UTC+04:00)

“Azərsu” ASC-nin 955 Zəng Mərkəzinin proqram təminatında təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti müvəqqəti dayandırılıb.

“Azərsu” ASC-dən verilən məlumata görə, gün ərzində proqram təminatında yenilənmə işlərinin başa çatdırılması və Zəng Mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC istehlakçılardan üzr istəyir.

© AzNews.az