Azərbaycanın kişi boksçulardan ibarət milli komandasında baş məşqçi dəyişikliyi olub.
Ukraynalı baş məşqçi Leonid Loivski istefaya göndərilib. Onu Vaqif Şirinov əvəzləyib. Şirinov ən azı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək millinin sükanı arxasında olacaq. Komandada böyük məşqçi funksiyasını isə yenə Nəriman Abdullayev yerinə yetirəcək.
Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmaya rəhbərlik edib.(report.az)
© AzNews.az