Nuri duet ortağı ilə evləndiyini etiraf etdi - FOTOLAR

26 Noyabr 2018 11:36 (UTC+04:00)

Məşhur müğənni Nuri Sərinləndirici duet ortağı Jane Şirokihlə gizli evləndiyini etiraf edib.

O, bu barədə Nanə Ağamaliyevanın aparıcılıq etdiyi “Şou ATV” proqramına qonaq olarkən danışıb.

“Mənə çox insan deyə bilər ki, siz hər yanda dost olduğunuzu deyirsiz. Amma həyat elə gətirdi ki, biz ailə qurduq. Şəxsi həyatım barədə istəməmişəm ki, çıxıb efirdə danışıb. Toyumuz Dominikanda olub, orada nikah bağlamışıq. Anamın səhhətinə görə təmtəraqlı məclis etmədik. İndi Janedən oğlan övladım dünyaya gəlib” deyə N. Sərinləndirici qeyd edib.(qafqazinfo.az)







© AzNews.az