Avropa Şurasından Ukraynaya dəstək

26 Noyabr 2018 15:36 (UTC+04:00)

Rusiya Federasiyası ilə Ukrayna arasında 2003-cü ildə bağlanan "Kerç boğazından sərbəst keçmək haqda" saziş 2004-cü ildə qüvvəyə minib. Ona görə də o əhəmiyyətli sənədin maddələrinə əməl edilməlidir.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Avropa Şurasının Baş katibi Turborn Yaqland səsləndirib.

"Regionda növbəti gərginliyin yaranmaması üçün gəmilərin o su hövzəsindən sərbəst keçidinə heç kəs mane olmamalıdır". Yaqland belə deyib.

Babək Göyüş

© AzNews.az