Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər əmiri Şeyx Təmim ibn Hamid Əl Sanini qəbul edib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 4-cü iclası üçün İstanbula gələn əmirlə 16:15-də başlayan görüş mətbuata qapalı davam edir.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir. Görüşdə iki ölkə arasındakı münasibətlər, regional mövzular və müxtəlif müqavilələrin imzalanacağı təxmin edilir.
AzNews.az