Avropa Birliyinin rəhbəri Moskvaya səsləndi: “Əl çəkməlisiniz!”

26 Noyabr 2018 17:20 (UTC+04:00)

Avropa Birliyi Şurasının sədri Donald Tusk, Rusiya-Ukrayna arasında baş verənlərə münasibət bildirib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Tusk, "tvitter" səhifəsindəki paylaşımında, Ukrayna prezidenti Petro Poroşenko ilə vəziyyəti müzakirə etdiyini və Avropanın Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib.

Tusk, Rusiyanın Azov dənizində şiddətə əl atmasını qınadığını deyib. Rusiya tərəfindən girov götürülən Ukraynalı dənizçilərin və gəmilərin geri qaytarılması üçün çağırış edən Tusk, Moskva rəhbərliyinin qıcıqlandırıcı hərəkətlərdən əl çəkməli olduğunu qeyd edib.

Pərvanə AĞAZADƏ
AzNews.az