ABŞ-ın Nyu-York şəhərində sürücü idarə etdiyi avtomobili piyadaların üstünə sürüb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Manhetten rayonunda baş verib.
NBC telekanalının yaydığı məlumata görə olay dünən Çaynataun kvartalında qeydə alınıb.
Polis hazırda insidentin səbəblərini araşdırır. Sürücü və xəsarət alanlar haqda bilgi verilmir.
Babək Göyüş
© AzNews.az