Türkiyədə 82 hərbçi tutuldu

27 Noyabr 2018 12:07 (UTC+04:00)

Türkiyə Cümhuriyyətinin Hava Qüvvələri Komandanlığında FETO işilə bağlı aparılan araşdırma çərçivəsində 82 hərbçi nəzarətə götürülüb.

Ankara Respublika Prokurorluğunun yaydığı məlumatda Hava Qüvvələri Komandanlığında xidmət edən hərbi qulluqçuların FETO-çu imamlarla əlaqələri üzə çıxıb.

FETO ilə əlaqələri təsbit edilmiş 1 kapitan, 1 baş leytenant və müxtəlif vəzifələrdə xidmət edən 80 zabit daxil olmaqla, ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.

Ankara Təhlükəsizlik İdarəsi Mütəşəkkil Qurplaşmalarla Mübarizə Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.(teleqraf.com)

© AzNews.az