“Qarabağ”ın Bakı Metropolitenindən xahişi var

27 Noyabr 2018 12:26 (UTC+04:00)

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda Portuqaliya “Sportinq”i ilə oyun üçün Bakı Metropoliteninə müraciət edib.

Oyunun gec başa çatacağını nəzərə alan Ağdam təmsilçisi azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat daha gec - saat 01:00-da bağlanmasını xahiş edib.

Qeyd edək ki, dekabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.

© AzNews.az