Prezident itləri ilə birlikdə əyləndi
10 Aprel 2013 15:44 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Almaniya və Hollandiyaya səfərindən sonra Moskvadan kənarda, dağlıq bir ərazidə qarın üzərində itləri ilə birgə əylənib.
Putin Bolqarıstanın baş naziri Boiko Borisovun 2010-cu ildə ona hədiyyə etdiyi karakaçan cinsindən olan Bufi və Yaponiya Akita Bələdiyyə sədrinin hədiyyə etdiyi Yuma adlı iki iti ilə qarda balaca uşaqlar kimi əylənib.
Qeyd edək ki, heyvanlara böyük marağı olan Putin ata minməyi, balıq tutmağı da sevir. Nəsli tükənməkdə olan Sibir pələngləri da Putinin xüsusi önəm verdiyi məsələlər siyahısındadır. Xatırladaq ki, Putin 2012-ci ilin sentyabr ayında havadan asılı qalan durnaları xilas edən zaman yıxılıb belindən zədə almışdı.
Xəyalə
AzNews.az