Zakir Həsənov Bəhreynin baş komandanı ilə görüşdü

27 Noyabr 2018 15:56 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.

© AzNews.az