Milli Hokkey Liqasında (MHL) təmsil olunan "Toronto Meypl Lifs" komandasında şayba qovan rusiyalı müdafiəçi İqor Ojiqanov ABŞ-ın məşhur aktrisası və müğənnisi Cennifer Lopeslə görüşü haqda "Sovetskiy sport" qəzetinə müsahibə verib.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, İqor o görüşü belə xatırlayıb.
"Mənimlə eyni klubda oynayan Nikita Zayçevlə attraksion parkına getmişdik. Hava isti olduğundan şort geyinmişdik. Yelləndikdən sonra restorana girdik və təsadüfən Cennifer Lopesi gördük. Ondan avtoqraf verilməsini xahiş etsək də bizə imtina etdi. Günah isə özümüzdə oldu, çünki MHL-da oynadığımızı desəydik, avtoqraf verərdi. Bis ona məktəbli kimi yanaşdıq, o isə bizə tərs-tərs baxdı. Bir sözlə, bizi baxışları ilə rədd elədi". İqor belə deyib.
Babək Göyüş
© AzNews.az